Vyetnamda tikintisi davam edən binanın uçması nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hadisə Vyetnamın Donqay əyalətində sənaye bölgəsində baş verib. 

Uzunluğu 100, hündürlüyü 5 metr olan divar uçarkən orada 50-60 fəhlə olub. Dağıntılar altında qalanlar var.

Fəhlələrin çoxunun əmək müqaviləsi olmayıb, onlar texniki təhlükəsizlik tədbirləri görməyib.

Qeyd edək ki, tikintini Cənubi Koreyanın tampon, uşaq bezləri və süd üçün butılka istehsal edən “AV Healthcare” şirkəti aparır.