İranda ötәn sutka әrzindә koronavirusdan (COVID19) daha 48 nәfәrin ölmәsi ilә virusdan ölәnlәrin sayı 6 902 nәfәrә çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İranın Səhiyyə Nazirliyi son sutkada koronavirusla bağlı məlumatı açıqlayıb
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә daha 2 102 nәfәrin koronavirusa yoluxmasının tәsdiqlәnmәsi ilә yoluxanların sayı 116 635 nәfәrә yüksәlib.
Qeyd edilir ki, virus daşıyıcılarından 2 727 nәfәrin vәziyyәti ağırdır. Nazirlik rәsmisi 91 836 nәfәrin sağaldığını deyib.
Ümumilikdə İranda indiyәdәk 638 mindәn çox diaqnoz testi hәyata keçirilib.