Qərbi Afrika ölkəsi olan Qanada sərnişin avtobusu və avtomobilin toqquşması nəticəsində 17 nəfər həyatını itirib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi İlçe Təhlükəsizlik Müdir Köməkçisi Ebenezer Tetteh yerli mətbuata verdiyi açıqlamada, sərnişin avtobus sürücüsünün Akra-Kumasi yolunda idarəetməni itirməsi nəticəsində avtomobil ilə toqquşub.

Tetteh, ilk təyinatlara görə 17 nəfərin həyatını itirdiyini və çox sayda insanın yaralandığını qeyd edib.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu deyən Tetteh ölənlərin sayının artacağından narahatlığını ifadə edib.