Qlobal böhrana çevrilən kronavirus pandemiyasının tüğyan etdiyi Avropa ölkəsi İspaniyadan bu dəf  maraqlı görüntülər gəlib.

Unikal.org xəbər verir ki, pandemiyaya səbəbi ilə komendant saatının tətbiq edildiyi İspaniyada, bir ata və qızının çölə çıxarkən geyindiyi geyim sosial şəbəkədə gündəm yaradıb. 

Belə ki, ata və qızı hər dəfə zibil atmağa getdikləri zaman fərqli super qəhrəman geyimləri geyinirlər.

Bəzən “Hörümçək Adam”, “Son Goku”, “Elza” və “Olaf” və b. fərqli cizgi film personajlarını alan ata və qızı zibil atarkən gəzintini bu şəkildə əyləncəli hala gətiriblər.