İtaliyanın Venesiya şəhəri yaxınlığında kimya zavodunda partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Margera sənaye rayonunda yerləşən aseton istehsalı müəssisəsində qeydə alınıb.

Partlayışdan sonra yanğın başlayıb və ətraf bölgəyə qara tüstü yayılıb. Hadisə nəticəsində azı iki nəfər xəsarət alıb.

Ətraf bölgədə yaşayan sakinlərə evlərdə pəncərələri açmamaq və evdən çıxmamaq tövsiyə olunub.