Portuqaliya hökuməti Avropa İttifaqının hüdudlarından kənarda yerləşən ölkələrə və öz ölkəsinə uçuşlara qadağanı gələn bazar ertəsi günündən iyunun 15-dək uzadır.
Unikal.org xəbər verir ki, uçuşlara qadağa mayın 18-dən iyunun 15-dək qüvvədə olacaq. Şengen zonası (Lixtenşteyn, Norveç, İslandiya və İsveçrə) ilə əlaqəsi olan və portuqal dilində danışan ölkələr üçün istisnalar nəzərdə tutulub. Lakin Braziliyadan "yalnız San-Pauloya və geriyə, Rio-de-Janeyroya və geriyə" uçmaq mümkündür.
Qadağa, həmçinin kənd yerlərində yanğınla mübarizə aparmaq üçün xüsusi cihazı inteqrasiya edən dövlət hava gəmilərinə və silahlı qüvvələrə, həmçinin də yalnız yük və poçt daşımaları, o cümlədən də humanitar xarakterli uçuşlar üçün nəzərdə tutulmuş reyslərə şamil edilmir.