Böyük Britaniyada koranavirus pandemiyası səbəbindən uzun müddət doğmaları ilə görüşə bilməyən yaşlı qadın xüsusi qoruyucu kostyum vasitəsilə arzusuna qovuşub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insanları təsirləndirən hadisə Stratford şəhərində baş verib.

Qoruyucu kostyum hazırlayan 29 yaşlı Entoni Kavin bununla nənəsini sevindirmək qərarına gəlib.

Yaşlı qadın yenidən öz nəvəsini təhlükəsiz bir şəkildə qucaqlamaq fürsəti əldə etdiyi üçün xoşbəxt olduğunu bildirib.