İngiltərədə son gün ərzində daha 160 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 34 796-a çatıb. Eyni zamanda 2 711 yeni yoluxma faktı aşkarlanıb. Beləliklə, İngiltərədə "Covid-19"a yoluxanların sayı 246 406-a yüksəlib. 

Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.