Nazim İbrahimov Venesiyada nəhəng biznesi varmış
12:40 27-11-2012
İQTİSADİYYAT
Nazim İbrahimov Venesiyada nəhəng biznesi varmış
Komitə sədrinin diasporalarımızın işini düzgün
istiqamətləndirə bilməməsi kimlərin əlinə bəhanə verir?
Rusiyada azərbaycanlı milyarderlərin yaratdığı yeni diaspora təşkilatı ətrafında müzakirələr davam edir. Milyarderlər hansısa gizli niyyətlərinin olmadığını bəyan etsələr də, buna inanmayanların, onların başqa siyasi niyyətlərinin ola biləcəyinə dair möhkəmlənmiş qənaətlər mövcuddur.
Bununla belə, biz baş verənlərə bir qədər fərqli rakursdan yanaşmaq istədik: Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti düzgün qurulsaydı, yeni diaspor təşkilatının yaradılması zəruri olacaqdımı?
Məsələ burasındadır ki, əgər Nazim İbrahimovun rəhbərlik etdiyi komitə xaricdəki Azərbaycan diasporalarının möhkəmlənməsi, güclənməsi və istiqamətləndirilməsi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsə, bəzi əcnəbi ölkələrdəki diasporalarımızın fəaliyyətindəki boşluqlar üzündən kimlərinsə öz məqsədləri naminə yararlanmaq imkanları ardan qalxardı. Yəni hesab etsək ki, Rusiyada əslində Kremlin məqsədləri naminə yeni bir diaspor təşkilatı qurulur, o zaman bu sual da aktuallaşmaya bilməz: axı bizim Diaspora Komitəsi fəaliyyətini niyə yetərincə güclü, məqsədyönlü şəkildə qurmur ki, kimlərsə hansısa ölkədəki diasporumuzun zəifliyini əsas gətirib öz çirkli məqsədlərinə uyğun alternativ təşkilatlar formalaşdırmaq fikrinə düşsün.
İllərdir Azərbaycan mətbuatı xaricdəki Azərbaycan diasporunun fəaliyyətindəki qüsurlardan, neqativliklərdən, boşluqlardan yazır. Siyasi mənsubiyyətindən asılı olmayaraq böyük çoxluğun ümumi qənaəti bundan ibarətdir ki, xaricdəki diasporumuz bir çox hallarda formal fəaliyyətlə məşğuldur, öz imkanlarının cüzi bir hissəsindən yararlanır. Nəticədə ayrı-ayrı ölkələrdəki diasporalarımızın işindən tez-tez ciddi narzılıqlar, narahatlıqlar ortaya çıxır. Bəs Nazim İbrahimovun komitəsi illərdir bu problemlərin birdəfəlik həlli istiqamətində nə edib? Fikrimizcə, heç nə, vəziyyət nəinki əvvəlki kimi qalır, hətta pisə doğru dəyişir.
Belədə isə nəinki Rusiyda, digər ölkələrdə də Azərbaycan diasporlarının işinin düzgün qurulmaması və koordinasiya edilməməsi səbəbindən Azərbaycanın maraqlarına zidd olduğu istisna olunmayacaq alternativ qurumların ortaya çıxması qaçılmazdır.
Bəs diasporamız ilə bağlı boşluqların dərinləşməsinin, xoş olmayan tendensiyaların güclənməsinin qarşısını almaqda çətinlik çəkdiyini gördüyümüz Diaspora Komitəsinin sədri Nazim İbrahimov haqqında diqqətçəkən heç nə demək olmazmı? Olar, məsələn, onun biznesinin inkişaf etdiyi barədə məlumatlar kifayət qədər diqqət çəkir. Elə son vaxtlar komitə sədrinin Venesiyada geniş gəlir qaynaqlarına sahib olduğu barədə iddialar ortaya çıxıb. O da maraqlıdır ki, bu məşhur şəhərin vurğunu olan İbrahimov, Azərbaycandakı bir neçə obyektini də məhz Venesiyanın adı ilə adlandırıb.
Biz komitə sədrinin Venesiya sevgisinin haradan qaynaqlandığını bilmirik, hesab etmirik ki, bunu bilmək bir o qədər vacibdir. Sadəcə, onu deməyə ehtiyac görürük ki, Diaspora Komitəsinin rəhbəri şəxsi biznesinin böyüməsinə sərf etdiyi vaxt və enerji qədər xaricdəki Azərbaycan diasporunun da güclənməsi, onların bəzi ölkələrdə (Rusiya nümunəsində olduğu kimi) kiminsə siyasi maraqları, niyyətləri naminə parçalanmaması naminə istifadə etsə pismi olar? Elə etmək ki, hər bir ölkədə Azərbaycan diasporu bir yumruğa çevrilsin, narazılıqların, parçalanmaların hədəfi olmasın və nəticədə də kimlərsə həmin diaspor təşkilatlarındakı boşluqlardan istifadə edib ölkəmizə qarşı yeni diaspor təşkilatları yarada bilməsinlər - məgər bu, çoxmu çətindir?
İnanın ki, yox. Sadəcə, şəxsi biznesə can yandırdığın qədər dövlətin maraqları ətrafında da cəfakeşlik, çalışqanlıq göstərmək kifayətdir.
Həsən Əli
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07