İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həyat yoldaşı ilə bağlı sualı cavablandırıb.
Unikal.org xəbər verir ki, jurnalist ondan xanımı Dilək İmamoğlunun fotosessiya etdirərək model kimi poz verməsini qısqanıb-qısqanmadığını soruşub.
Bələdiyyə sədri "bilsəyim, icazə verməzdim. Zarafat etdim. Amma hər zarafatda həqiqət payı var",- deyə cavab verib.\
İmamoğlu eyni zamanda cinsi azlıqların evlilik məsələsinə münasibət bildirib: "Cinsi azlıqların yaşamla bağlı azadlıqlarınının qorunmasında məsuliyyətimiz var. Bu məsuliyyət məndən əvvəlki bələdiyyə sədrlərinə aid olduğu kimi, məndən sonrakılara da aiddir. Ancaq onu da deməliyəm ki, cinsi azlıqların evlənməsinə icazə verilməsi mövzusuna cəmiyyətimiz hələ hazır deyil".