YAP seçkilərə hazırdır
12:51 27-11-2012
CƏMİYYƏT
YAP seçkilərə hazırdır
Deputat Musa Quliyevdən açıqlama
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev seçki öncəsi ölkədə ictimai-siyasi durumu dəyərləndirib:-" Ölkədə seçki öncəsi durum tam adekvatdır. Bir çox ölkələrdə seçkiqabağı müəyyən partiyaların, ümumən ictimaiyyətin fəallaşması müşahidə olunur. Bu fəallığın içərisində səmimi münasibətlər də olur, kimlərinsə marağına xidmət edən qrupların fəaliyyəti də. Biz bu gün Azərbaycanda bunu müşahidə edirik. Yəni müəyyən partiyalar var ki, öz namizədlərini irəli sürmək barədə düşünürlər.
Bunlar, əsasən, parlamentdə təmsil olunan partiyalardır. Amma parlamentdə təmsil olunmayan müxalifət partiyaları da var. Onlar da götür-qoy edirlər, bəziləri partiya olaraq, bəziləri isə qrup olaraq nəmizədlərini irəli sürmək barədə müəyyən müzakirələr aparırlar. Hələ ki, qərara gəlməyiblər. Eyni zamanda Azərbaycana təsir etmək istəyən, Azərbaycanda qarışıqlıq salmaqla müəyyən pay almaq istəyən qurumların da fəallaşması hiss olunur. İstər Qərbdə, istərsə də Şimalda olan müəyyən antiazərbaycan qüvvələrin varlığı müşahidə olunur. Seçki öncəsi dövrdə onlar sosial, milli, etnik , hətta dini zəmində, bəzən də regional zəmində gərginlik yaratmaqla öz niyyətlərini həyata keçirməyə və ən azı öz varlıqlarını bildirməyə cəhd göstərirlər. Təkcə Azərbaycanda deyil, çox ölkədə belə hallar baş verir. Ona görə belə məsələnin ola biləcəyini istisna etmirik və bu təzə bir şey deyil. 1993-cü ildən bəri bütün seçkilərdə belə fəallaşmalar görmüşük. Amma onların niyyətlərinə çatmaq gücləri sıfıra bərabərdir.Çünki seçkinin taleyini Azərbaycan kimi demokratik ölkələrdə xalq həll edir.Xalqd a təbii ki, güvəndiyi, inandığı siyasi qüvvəni özünə rəhbər görmək istəyir. Mən yalnız müxalifət barədə danışdım. İqtidar haqqında bir söz demirəm.Nəyə görə? Çünki iqtidar seçki hazırlığını ötən seçki qurtaran gündən başlayıb. Bizim liderimiz cənab İlham Əliyevin dediyi kimi "Bizim siyasətimiz bizim işimizdir ". İqtidar öz işi ilə, xalqa göstərdiyi xidmətlə seçki hazırlığını aparıb və bu gün də aparır. Ona görə də bəzi antimilli qüvvələr var ki, seçki yaxınlaşdıqca müəyyən qədər fəallaşmağa başlayırlar. Zaman daraldıqca bunlar istəyərlər ki, bir az da özlərini fəal göstərsinlər. Amma onların hərəkətlərinin Azərbaycana heç bir önəmlı təsiri yoxdur. İstər Cənubdan, istər Şimaldan, istərsə də Qərbdən gələn küləklərin heç bir təsiri olmayacaq. Çünki Bakının özü küləkli şəhərdir və biz çox küləkləri görmüşük. Havaya uyğun geyinməyi də bacarırıq.
Bundan əlavə, hesab edirəm ki, Azərbaycan xalqı öz seçimini çoxdan edib. Görkəmli siyasi xadim Heydər Əliyevin siyasi kursuna səs verməklə, ona dəstək olmaqla.Yeni Azərbaycan Partiyası 1993-cü ildən bəri keçirilən bütün seçkilərdə qalib gəlib. Bu onu göstərir ki, xalqın inamı bu partiyaya, bu partiyanın liderinə gündən-günə artır və gələcək seçkilərin taleyi xalqın səsindədir. Bu mənada da biz arxayınıq. O gün olmur ki, Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlər keçirilməsin. Bu, siyasətlə, mədəniyyətlə, idmanla, iqtisadiyyatla və s. ilə bağlı olur. Bütün bunlar Azərbaycan dövlətinin gücünü göstərir. Beynəlxalq təşkilatların Azərbaycana, Azərbaycan iqtidarına, Azərbaycan xalqına hörmətini və xoşməramlı əməkdaşlıq münasibətini göstərir. Bunun fonunda ayrı-ayrı qruplar təxribatçı addımlar atmaq istəyəcəklərsə, bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki güclü Azərbaycan dövləti var və bu dövlət özünü qorumağa tam olaraq qadirdir".
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27