"Bu günədək Xaçmazda 36 koronaviruslu xəstə var".
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, sosial şəbəkələrdə həmin rayonda guya yüzdən artıq xəstənin olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.