Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çin dili müəllimləri üçün "Çin dilinin tədrisi metodikası: pandemiya şəraitində yeni texnologiyalar" adlı onlayn seminar keçirib.
Unikal.org xəbər verir ki, seminarda Çindili və mədəniyyəti onlayn-tədrisinin aktual problemləri, dil distant imtahanlarının səmərəli təşkili məsələləri müzakirə edilib.Seminarda çıxış edən ADU-nun müəllimi Çen Siaozen Çindili üzrə kompleks onlayn dərslərin keçirilməsi üçün tədris, təcrübə və nəzarət metodlarından danışıb.Müəllim Vu Dingding tələbələrə fərdi yanaşmanın, təlim videoçarxlarından və təqdimatlardan istifadənin vacibliyini qeyd edib.
Təlim zamanı "Çin mahnılarının beş dəqiqəsi", "Çin dilimləri", "yeni heroqlif" və s. təlim hədəf qrupları müəyyənləşdirilib. Müəllim Çen Tsyantsun Çin musiqisinin dərslərinin keçirilməsi təcrübəsini bölüşüb.
Seminarda çıxış edən ADU-nun müəllimi Li Çanyon evdə karantin şəraitində aktiv fiziki formanın saxlanılmasının vacibliyini qeyd edərək, "tayciçuan" sağlamlıq gimnastikası üzrə video dərslərin keçirilməsindən danışıb.
Konfutsi İnstitutunun direktorlar Rafiq Abbasov və Li Cihua İnstitutun Çin dili və mədəniyyəti onlayn - tədris üzrə iş təcrübəsindən danışıblar. Heydər Əliyev Fondunun Azərbaycan Dövlət İqtisad Universitetində təşkil etdiyi distant Çin dili kurslarının uğurlu işi, xəttatlıq və bədii tərcümə üzrə onlayn - müsabiqələrin, Çin rəngkarlığı üzrə master-klassların keçirilməsi də qeyd olunub.