"Burada söhbət cərimənin məbləğindən deyil, ondan gedir ki, maska taxmayan cərimələnəcək".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, insanlar qanuna tabe olmalı və riayət etməlidir: "Filankəısin imkanı var, filankəsin imkanı yoxdur. Bu gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox və ya az olmasını müzakirə edək. İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xal qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Maska tax, cərimə olunma! Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq".