Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.
Unikal.org-un "news.am"a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb.
Bildirilib ki, virusa yoluxanlardan 26 nəfər sağalıb. Hazırda 102 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.