Məlum olduğu kimi, martın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali Holding Company Limited” müflis olub.
Məlumata görə, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib. Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur. İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

Yalançı Rəsulzadə aşiqi, Mahmudov dostu

 
Maraqlı məqamlardan biri odur ki, Mübariz Mənsimov zaman-zaman mövqeyini dəyişib. O gah hakimiyyətə, vəzifədə olan şəxslərə “jest” edib, gah da müxalifətçi, milli dövlətçiliyə dəstək verən şəxs obrazı yaradaraq, “ingilis bayrağı” xislətini ortaya qoyub. Ortaya maraqlı sual çıxır. 23.05.2007-cü ildə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudov, 14.11.2007-ci ildə Heydər Əliyev, 08.12.2007-ci ildə Zərifə Əliyevə adına tankerləri istismara verən M.Mənsimov 2016-cı ildə SOCAR-la əməkdaşlığı pozulduqdan sonra birdən birə müxalifətçi, vətənpərvər olub 30.01.2019-cu ildə Əbülfəz Elçibəy, 07.08.2019 Məmməd Əmin Rəsulzadə tankerlərini istismara verdi? Əgər bu adam həqiqətən Rəsulzadəçidirsə, Elçibəy sevərdirsə, xalq hərəkatının vurğunudursa, nəyə görə son illərə qədər bir dəfə Rəsulzadı, Elçibəyi yadına salmırdı? 

Mübariz Mənsimovun erməni ortaqlığı

Heç kimə sirr deyil ki, Mübariz Mənsimov son dövrlər özünü milli təfəkkürlü lider, millətşi, azərbaycançı kimi göstərməyə çalışırdı. Xüsusən də ermənilərə düşmən olduğunu hər çıxışında qabartmağa cəhd edirdi. Lakin həbsindən sonar ermənilərlə işbirliyi ortaya çıxdı, hətta onu müdafiə edənlər arasında ermənilərin və erməni mənbələrindən maliyyələşənlərin sayı az deyildi. həbsindən sonra ermənilərin və ya ermənipərəstlərin ona dəstəyi artmaqdadır. Bu spekulyasiya lideri illərdir ki, sosial şəbəkələrdə və mediada özü barədə bir imic formalaşdırmağa çalışırdı. İnsanlara ən çox inandırmaq istədiyi isə erməniləri “görən gözünün olmaması” ilə bağlı görüntü idi. Hətta bu təbliğatları bəzən o qədər məcradan çıxırdı ki, onun danışdıqlarına qulaq asan insan qarşısındakının gerçək “Azərbaycan Rembo”su olduğunu düşünərdi. Biz şişirdilmiş yalanlara maraqla qulaq asan insanlarıq. Bir az aldanmağa meyilli olanlar buna inanırlar. Amma az-çox təcrübəli və informasiyalı insanlar heç əvvəldən də Mübarizin goplarına inanmırdılar. Vaxtilə Eldar Mahmudovdan ilham alan, sonradan ilham mənbəyini müxalifət liderlərinə dəyişən Mənsimov “erməni düşməni” obrazını yaratmaq üçün var-dövlətinin bir hissəsini mediaya səpələmişdi. Amma həbsindən sonra ilk olaraq gün işığına çıxan onun bu manipulyasiyası oldu. 

Onu da qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyinin Kaliforniya dairəsinin mərkəzi vəkil ofisinin açıqlamasına əsasən Federal Təhqiqat Bürosunda (FTB) iyirmi ildən çox xüsusi agent kimi çalışmış Babak Brumand Birləşmiş Ştatların xüsusi hüquq-mühafizə məlumatını təqdim etmək müqabilində ermənilərdən ibarət mütəşəkkil cinayətkarla əlaqədə olan vəkil tərəfindən 200 000 ABŞ dollarından çox pul, rüşvət və hədiyyə qəbul etdiyi üçün həbs olunub. Sözügedən agentin də Mübariz Mənsimovla işbirliyi təsdiqlənməkdədir. 
Bütün bunlar onu göstərir ki, Mübariz İbrahimov və tərəfdarları onun törətdiyi qanunsuzluqları, milli maraqlarımıza zidd əməlləri ört-basdər etmək üçün yalançı xeyriyyəçi və messenat obrazı yaradıblar. Amma onun həbsindən sonar ortaya çıxan faktlar bunun tam əksini göstərdi.

Orxan Həsənli