Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır.

Sərəncamla "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilib.

Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

Nazirlər Kabineti Strategiyanın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.