Tələbələrin təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı etdikləri müraciətlərininin nəticələri barədə məlumat növbəti həftədən etibarən verilməyə başlanacaq.
Bu barədə Unikal.org-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər.
Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edəcək.