Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.
1969-cu il təvəllüdlü Vüqar Məmmədov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, V.Məmmədovu bacısı oğlu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.