Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Unikal.org xəbər verir ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Goranboy rayon sakini Etibar Əzizov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb. Eyni zamanda E. Əzizovun narkotiki 40 manat müqabilində Gəncə şəhər sakini Rasim Talıbovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə R. Talıbov da saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı əlində daşıdığı sellofan torbadan 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı TərtərRPŞ-də araşdırmalar davam etdirlir. (APA)