Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub. 

Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan iki nəfər - 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və  1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb. Z. Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.