Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində maraqlı görüntü qeydə alınıb.

Unikal.org xəbər verir ki, ətraf ərazidə yaşayan sakinlərdən biri Azərbaycan himnini səsləndirib. Həmin zaman ərazidə xidmət aparan polis əməkdaşları himnə xüsusi reaksiya göstərərək hərbi salam veriblər.

Həmçinin Post Patrul avtomobilində əyləşən polis də nəqliyyat vasitəsindən enərək həmin reaksiyanı nümayiş etdirib.