"Həm toylar, həm də yaslarla bağlı olduqca ciddi siqnallar gəlir. Xüsusən rayon yerlərində kütləvi şəkildə yaslar keçirilir və yoluxanların da çoxu məhz bu yas yerlərinə gedənlərdir".
Unikal.org xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Diqqət Mərkəzi - Yekun" verilişində millət vəkili Musa Quliyev bildirib.
O əlavə edib ki, başsağlığını telefonla da vermək olar, kütləvi yığışmaq təhlükəlidir: "Əgər bir-birinizə təskinlik vermək istəyirsinizsə, bundan ötrü sosial şəbəkələr və telefon var".