Azərbaycanla Qazaxıstan arasındakı təyyarə uçuşlarının bərpası məsələsinə iyul ayının 1-dən sonra baxılacaq.
Unikal.org “QazAqparat”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda epidemioloji vəziyyətlə bağlı bu ölkə beynəlxalq uçuşlara gətirdiyi məhdudiyyəti iyulun 1-dək uzadıb: "Bununla əlaqədar Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına göstərilən tarixdən sonra baxılacaq”.
Qeyd edək ki, bundan əvvəl sənaye və infrastruktur inkişafı naziri Beybit Atamqulov Koreya, Çin və Azərbaycana uçuşların bərpasına dair müzakirələrə iyunun 1-dən sonra icazə verildiyini bildirmişdi.