Yasamal rayon İcra Hakimiyyəti qəbiristanlıqdakı yanğınla bağlı açıqlama yayıb.
Unikal.org xəbər verir ki, açıqlamada deyilir:
“Bu gün yerli mətbuatda Yasamal rayon qəbiristanlığındakı yanğınla əlaqədar dərc edilmiş məlumatla bağlı olaraq aşağıdakıları bildiririk: səbəbləri araşdırılan yanğın qəbiristanlığın quru ot ərazisini əhatə edib və qısa müddət ərzində lokallaşdırılıb.
Hadisə yerinə gəlmiş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğını tam söndürüblər. Xəsarət alan olmayıb, qəbiristanlığa ziyan dəyməyib”.