Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı videogörüş keçirib.
Unikal.org xəbər verir ki, nazir sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb.
Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedişatı barədə ictimaiyyəti müntəzəm olaraq məlumatlandırmalı və tələbələrlə kommunikasiya işinin səmərəliliyini artırmalıdır.