Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atan şəxslər inzibati qaydada həbs edilib.
Unikal.org xəbər verir ki, saxlanılan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham verilib.
Yasamal rayon Məhkəməsi tərəfindən 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verilib.