"Onlar özlərinin, yaxınlarının həyatlarını təhlükəyə atırlar.".
Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə vətəndaşların maska taxmamaları və sosial məsafəni qorumamaları ilə bağlı məsələyə münasibət bildirərəkən deyib.
O bildirib ki, vətəndaşlar məsuliyyətli olmalıdırlar:
"Karantin rejimində maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdırlar. Bu, onlardan yeganə tələb olunan şeydir. Bunu etməyənlər qanunvericiliklə cərimə olunurlar. Mənə elə gəlir ki, bunu qəsdən təkrarən edənlər evlərinə də, yaxınlarına da qəsd edirlər. Azərbaycanda koronavirusa qarşı vaxtında və düzgün reaksiya verildi. Azərbaycan dövləti vaxtında bütün zəruri tədbirləri atdı. Pandemiya ilə mübarizədə səhvliyə yol verən ölkələrdən fərqli olaraq, virus Azərbaycanda kütləvi xarakter daşımayıb. Yenə də biz özümüzü qorumalıyıq. Çünki bu xəstəliyin müalicəsi yoxdur. Artım olarsa, xəstəxanalarda yerlər çatmayacaq və vətəndaşları xilas etmək problemli olacaq. Azərbaycan vətəndaşlarının sağlamlığı hər zaman əsas priorietdir. Bu pandemiya həmçinin çox ciddi iqtisadi itkilərə səbəb olub. Azərbaycan dövləti vətəndaşını qorumağı, onun sağlamlığını seçib. Azərbaycan bir sıra ölkələr üçün nümunəvi reaksiyalar verib. Biz bilməliyik ki, Azərbaycanın ətrafında olan ölkələrdə pandemiya ilə bağlı vəziyyət çox ağırdır. Digər ölkələrdə ciddi problemlər var. Buna görə də biz pandemiya ilə mübarizəni hələ davam etdirəcəyik. Yaxın müddətdə müsbət istiqamətdə hansısa dəyişiklik olmayacaq. Ona görə də özümzü qorumalıyıq. Vətəndaşların məsuliyyəti bu prosesdə çox mühümdür".
Murad İbrahimov