Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edənlərə müraciət ünvanlayıb.
Unikal.org xəbər verir ki, liftdən istifadə zamanı aşağıdakı qaydalara əməl etmək vacibdir:
- Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun
- Maska taxın
- Əgər liftdə çox insan varsa, minməyin, növbəti gedişi gözləyin
- Lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın