Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.
Unikal.org xəbər verir ki, yeni statistika koronavirusinfo.az saytında yerləşdirilib.Belə ki, COVID-19-a yoluxmanın yeni statistikasında paytaxtın Sabunçu rayonu ilk yerdədir. Burada yoluxma 12,8 faiz təşkil edir.Əvvəllər ilk sıranı Yasamal rayonu tuturdu. Hazırda həmin rayonda yoluxma 12,7 faizdir.Binəqədi rayonunda koronavirusa yoluxma 12 faiz, Xətai rayonu 11,3 faizdir. Eyni zamanda, Nəsimi rayonu üzrə yoluxma 11,2 faiz, Nərimanovda 9,6 faiz, Suraxanıda 9,1 faiz, Nizamidə 6,9, Qaradağda 6,8 faiz, Xəzərdə 4,5 faiz, Səbaildə 2,8 faiz və Pirallahıda 0,4 faiz təşkil edir.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377-si müalicə olunaraq sağalıb, 93-ü vəfat edib, 3406-sının xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb.