Bəzi oliqarxların qida biznesinə ağır zərbə
Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər bir çox iri məmurları və deputatları müflisləşdirə bilər
Son zamanlarda aktuallığı hər keçən gün artan ərzaq təhlükəsizliyinə verilən önəm Azərbaycanda da özünü hiss etdirir. Qəbul olunan Dövlət Proqramları və onların icrası istiqamətində atılan addımlar ərzaq təhlükəsizliyinin həllində mühüm əhəmiyyətə sahibdir.
Bu istiqamətdə digər önəmli bir məsələ isə ərzaq təhlükəsizliyi və rəqabət qabiliyyəti arasında qızıl ortanın tapılmasıdır.
Milli Təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Keyfiyyət, kəmiyyət və sosial-iqtisadi aspektləri özündə birləşdirən ərzaq təhlükəsizliyi əhalinin sürətli artımının səbəbi ilə ərzaq məhsullarına olan tələbatın intensivləşdiyi bir dövrdə öz aktuallığını daha da artırıb.
Burada xüsusilə söhbət ölkəyə genetik modifikasiya olunmuş meyvə və tərəvəzlərin gətirilməsindən, keyfiyətsiz ərzaq məhsullarının idxalından gedir. Belə məhsulların vətəndaşların sağlamlığına təhdid təşkil etdiyi aydın məsələdir. Amma uzun ilərdir bu mövzuda mətbuatın və ekspertlərin həyəcan təbilərinə rəğmən konkret addımların atılmasına şahidlik etmirik.
Bunun da əsas səbəblərindən biri ölkəyə ərzaq idxalının bəzi iri məmurların nəzarətində olması ilə bağlıdır. Bundan başqa, bir çox arxalı biznesmenlər və hətta bəzi millət vəkilərinin də Azərbaycana kənardan qida məhsularının gətirilməsində maraqlı tərəflərdən biri rolu oynadığı hər kəsə aydın olan bir həqiqətdir.
"Unikal"a daxil olan məlumatlara görə, artıq ölkədə sağlamlıq baxımından ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində hökumət konkret addımların atılmasına hazırlaşır; hansı ki, bu, bir çox iri məmurların, onların himayəsindəki iş adamlarının və müəyyən deputatların şəxsi biznes maraqlarına ziddir. Bununla belə, hökumət bu istiqamətdə səliqə-sahman və qayda-qanunun yaradılmasında israrlıdır. Doğrudur, bunun üçün hansı addımların atılacağı konkret olaraq bəli deyil: amma ilk tədbirlərdən birinin ölkəyə ərzaq idxalında inhisarlaşmaya son qoyulması və müəyyən vəzifəli avtoritetlərə üstünlük tanınmaması olacağı ən ciddi ehtimallardan biridir.
Bu isə o deməkdir ki, haqqında danışdığımız istiqamətdə köklü addımlar atıldığı təqdirdə bəzi iri məmurlar özlərinin önəmlim gəlir qaynaqlarından məlum olacaqlar. Odur ki, onların hökumətin bəli istiqamətdə addımlarına dirəniş göstərməkləri mümkündür, amma bunun effektiv olacağına ümid azdır, hətta yerli-dibli yoxdur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2025-03-03 23:21:10

2025-03-03 20:58:24

2025-03-03 20:01:07

2025-03-03 18:57:43

2025-03-03 16:10:23

2025-03-03 12:44:53

2025-03-03 12:18:17

2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40
