Bakı şəhərinin Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 55 m² olan mənzildə ev əşyaları 20 m² sahədə yanıb.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.