Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına gəlincə, bu göstərici 50-59 yaş arası 21%, 30-39 yaşarası 18 %, 40-49 yaşarası 15 % təşkil edir.

Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müşahidələr onu göstərir ki, artan dinamikada gənc yaş qruplarında virusa yoluxanların artması və onların da xəstliyi ağır keçirdirlər. Əvvəl ağır xəstələr əsasən yanaşı gedən xəstliyi olanlar idisə, bu gün gənc yaşda olanlar da xəstəliyi ağır keçirir. Bu da evdə özünü nüalicədə cəhd edənlər aradında müşahidə olunur. Qadınlar arasında yoluxma 54 %, kişilər isə 46 faizdir.