"Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi olan TƏBİB-lə məsləhətləşmələr aparılır. TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır".
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qurum qeyd edib ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək: "Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib".
Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik.