“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Kürdəmirdə keçmiş əri tərəfindən üzərinə benzin tökülərək, yandırılan qadının vəziyyəti barədə açıqlama verib.
Unikal.org xəbər verir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yandırılan qadın Bakıya gətirilib:
“Həmin qadın Respublika Yanıq Mərkəzinə gətirilib. Bədən səthininin 70 faizinin 3-4-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib”.
O qeyd edib ki, qadının vəziyyəti ağır stabildir.
Qeyd edək ki, Nurlan Hüseynov Kürdəmirin Muğanlı kəndindəki evində ailə-məişət münaqişəsi zəminində 2017-ci ildə boşandığı arvadı Şura Əmirovanın üzərinə benzin tökərək yandırıb.