Yazıçı-şair Şəhriyar Del Gerani koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, COVID-19 testi pozitiv çıxsa da, buna görə qəti şəkildə neqativə köklənmək fikrində deyil.

Qeyd edək ki, yazıçı-şair ötən gün COVID-19 virusuna yoluxmaqla bağlı analiz vermişdi.