Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunda kişi keçmiş həyat yoldaşını yandırıb.
Unikal.org-a açıqlama verən Muğanlı Kənd İcra nümayəndəsi Rəhim Tağıyev hadisənin hamam otağında baş verdiyini bildirib.
"Ərlə arvad ayrılmışdılar, sonradan barışdılar. Nurlan Hüseynov həyat yoldaşı Əmirova Şura İslam qızı ilə hamamda olarkən benzini sobaya töküb. Bu zaman arvadı yanıq xəsarətləri alıb. Hadisənin təfərrüatları araşdırılır. Cütlüyün birgə nigahdan iki övladı var. Qadın ikinci dərəcəli yanıq xəsarətləri alıbvə hazırda Bakı şəhərində olan xəstəxanalardan birində müalicə alır".
Famil Fərhadoğlu