Fala baxmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən ər-arvadın barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Unikal.org xəbər verir ki, təqdimata Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə C.Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açıb.
O özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib.
Kart vasitsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmeyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu ediliyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcınının da köməyindən istifadə olunacağını bildirib.
Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi 397 min manatın mənimsəyib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.