Binəqədi rayonu, keçmiş trolleybus parkının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən keçmiş trolleybus parkının ərazisində ağac kəsintisi faktının qeydə alınmadığı və ağacların normal bioloji inkişafda olduğu məlum olub. Ərazidəki ağaclar nəzarətə götürülüb.