Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Ədilova Gülçöhrə Vurğun qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.