Abşeron rayonunda qazdan qanunsuz istifadə halı aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
“Xırdalan şəhəri Yoncalıq ərazisində dəfələrlə qaz talamaqla məşğul olan Sənan adlı şəxs yenə də eyni əməli törətməkdən çəkinməyib. İyunun 10-da saat 22:00 radələrində həmin şəxs diametri 108 mm olan qaz xəttini bağlayaraq qaynaq vasitəsilə kəsib aparıb və qaz xəttinin yerini qeyri-qanuni dəyişməyə cəhd edib. Baş verənlər səbəbindən 800 abonentin qaz xəttinin dayandırılmasına zərurət yaranıb. Qanunsuz qoşulma faktı ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə və yerli icra hakimiyyətinə məlumat verilib”, - deyə qurum rəsmisi qeyd edib.