Bakı şəhərinin Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində ehtiyat yolda dayanan istifadəyə yararsız vaqonun yanar hissələri 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qoşquda olan digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.