Mingəçevirdə mağazadan oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) daxil olmuş müraciət əsasında əməliyyat keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuk oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb.
Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.