Bakıya xeyli sayda təcili tibbi yardım maşınları gətirilib. 

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, məlumatda xeyli sayda ambulans maşınlarının Bakı istiqamətinə yük maşınları vasitəsilə daxil olması öz əksini tapıb. 

Mövzu ilə bağlı TƏBİBƏ müraciət etdik və təcili tibbi yardım maşınlarının hansı məqsədlə Bakıya gətirilməsini dəqiqləşdirdik. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın sözlərinə görə, bu, koronavirus xəstəxanaları üçün deyil: "Bu, icbari tibbi sığortanın tətbiqi ilə bağlı təchizatla əlaqədardır. Əvvəldən də açıqlanmışdı ki, təchizatda yeniliklər olacaq və bu, planlı işdir. Ambulansların gətirilməsinə başlanılıb və davam da edəcək".