Bu gün Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti tapılıb.

Unikal.org xəbər verir ki, Qusar rayonu, Samur qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

19:31

XXX

Samur-Abşeron su kanalında 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.