"Şuranın 15 yaşı olanda Nurlan Hüseynov tərəfindən qaçırılıb".
Unikal.org xəbər verir ki, bunu Kürdəmirdə əri tərəfindən üzərinə benzin tökülərək yandırılan Şura Əmirovanın nənəsi Yaşagül Səlimova deyib.
24 yaşlı Şuranın nənəsinin sözlərinə görə, 2011-ci ildə onlar ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı dünyaya gəlib. 2017-ci ildə isə Şura Əmirova Nurlan Hüseynovdan boşanıb.