Bakı şəhərində restoranların birində oğurluq hadisəsi olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki restoranlardan birinin kassasından 5365 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Ömərov saxlanılıb.