Şəmkir rayon Qılıncbəyli kəndində su kanalında boğulma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, rayon sakini, 2002-ci il təvəllüdlü Könül Əliyev su kanalında çimən zaman boğulub.
Onun meyiti çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.