Son 24 saat ərzində Pakistanda COVID-19-dan 110 nəfər dünyasını dəyişib və ölənlərin sayı 2839-a çatıb.

Unikal.org xəbər verir ki, son gündə ölkədə koronavirusa 4443 nəfər yoluxub və virus daşıyıcılarının sayı 148 min 4921 nəfərə çatıb.

Pandemiya dövründə Pakistanda 56 min 390 nəfər sağalıb, ölkə xəstəxanalarında 89 min 692 xəstə var.