Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı qondarma rejimin “Səhiyyə Nazirliyi” yayıb.

Məlumata görə, bölgədə koronavirusa yoluxanların sayı 79-a çatıb. Onlardan 54 nəfəri sağalıb.

Bildirilib ki, işğal altında olan ərazidə 99 nəfər karantinə alınıb.